Həyatım mənim
Hara tələsirsən sən
Gözəlim mənim
ömür tələsirsən sən
Həyatım mənim
Hayat gətirirsən sən
Gözəlim mənim
Indi məni bitirirsən sən
Bilə-bilə ümidini silə-silə
Biri ilə diri ömür ölü dolu
Ili ilə Kinilə
Donan ürəy əri vəfa yolu
Ilə Kirilə
Dolan ürəy sağal şəfa yolu ilə
Sonun ilə barış
Onun ilə tanış olduğun annan başladı yarış
Çalış,sona çat uğurunnan danış
Qarış,hislərinnən daxilən alış
Dəyişir günün qəmi don elə bürün
Sürün saniyədə,dəqiqədə əzabı zülüm
Dəyişir kino sevincli yox elə ölüm
Dəyişir insan yaşıyır çox elə ölüm
Sirli xatirə sehri artdı
Bizi zehni atdı
Beynin altı şüurda
Eyni addım,neynim andı
Sevgiyə yox inamım,yox inamım
Həyatım mənim
Hara tələsirsən sən
Gözəlim mənim
ömür tələsirsən sən
Həyatım mənim
Hayat gətirirsən sən
Gözəlim mənim
Indi məni bitirirsən sən
Qaraşınım nələr baş verdi bu yaxın aylarda
Heç olmasa sal
Məni yada arada
Sənsən döyünən ürəyimin əksi
Sevərdim küləylə saçının rəqsin
Gecələr sənsiz oyanıram,gedirəm harasa
Adını qoyublar,tənhalıqdan gəzən yarasa
Birdən işdi,məni yığıb arasan
Sənə səni sevirəm deyən,yerdə taparsan
Mənsiz necə dözdün,xatirələr qəribə
Səninəm sözünü de,məndə deyim əminəm
Dərin bir okeansan ,məndə sənin gəminəm
Son gəmim ol istəyim tanrıdan
Yarıdan,gedən ömrün ardı var
Qaldım axıra kimi həyatım mənim
Nifrətlə baxıram gözəlim mənim
Hələ də baxıram
Həyatım mənim
Hara tələsirsən sən
Gözəlim mənim
ömür tələsirsən sən
Həyatım mənim
Hayat gətirirsən sən
Gözəlim mənim
Indi məni bitirirsən sən